Cəlilabadda FACİƏ:  iki uşaq suda boğuldu - YENİLƏNİB
19 iyun 2024 15:40 (UTC +04:00)

Cəlilabadda FACİƏ: iki uşaq suda boğuldu - YENİLƏNİB

Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki su bəndində boğularaq ölən şəxslərin kimliyi məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, bənddə çimərkən boğulan şəxslərin Hamarqışlaq kənd sakinləri - 16 yaşlı Nihat Aşurov və 20 yaşlı İbrahim Həsənov olduğu müəyyən edilib.

Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
15:01

Cəlilabadda su bəndində iki uşaq boğulub.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki uşağın çimərkən boğulduğu bildirilir.

Meyitlər bənddən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda onların kimliyi dəqiqləşdirilir.

Cəlilabadda su bəndində iki uşaq boğulub - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Oxşar yazılar