Cəlilabadda AĞIR QƏZA:  "Ford" və "Jiquli" toqquşdu-FOTO
13 iyun 2024 02:05 (UTC +04:00)

Cəlilabadda AĞIR QƏZA: "Ford" və "Jiquli" toqquşdu-FOTO

Cəlilabadda baş verən qəzada xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt- Astara magistralının 138-ci kilometrliyində, Cəlilabad rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford"markalı avtomobillə "VAZ-2106" markalı minik maşını toqquşub.

Qəza nəticəsində "VAZ-2106"-da olan 3 nəfər agır bədən xəsarətləri alaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzada hər iki avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893
avatar

Oxşar yazılar