Bu təyyarə Bakıya təcili   eniş etdi - SƏBƏB
27 sentyabr 2022 09:39 (UTC +04:00)

Bu təyyarə Bakıya təcili eniş etdi - SƏBƏB

"Finnair" aviaşirkətinə məxsus Sinqapur-Helsinki reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

AZAL-dan Lent.az-a verilən məlumata görə, "Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 02:31-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibbi klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə 05:50-də Bakıdan Helsinki şəhərinə yola düşüb.

# 2175
avatar

Fidan İlqar

Oxşar yazılar