Rusiyanın Perm şəhərinin bir neçə sakini bakirəliyini satışa çıxarıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, onlar müvafiq elanları “günahsız qızlarla tanış olmaq” üçün ixtisaslaşmış saytlardan birində dərc ediblər.
Qızlardan biri bakirəliyini yeddi min ABŞ dollarına satmağa hazır olduğunu bildirib. Anketdə o, istənilən klinikada bakirə olduğunu təsdiqləməyə hazır olduğunu göstərib. Qız yazıb ki, tanışlıq məqsədi kişidən maddi dəstəkdir.
Başqa bir permli qadın bakirəliyini min dollardan aşağı qiymətləndirib. O, universitetdə oxuduğunu, oxumağı və rəqs etməyi sevdiyini, xarici dillər öyrəndiyini yazıb.