Bu insanlar 15 ilədək həbs olunacaq
18 noyabr 2024 15:23 (UTC +04:00)

Bu insanlar 15 ilədək həbs olunacaq

Ekoloji sistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllər 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Cinayət Məcəlləsinə əlavə edilən yeni 104-1 (Ekosid) maddəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2115
avatar

Oxşar yazılar