Bloger xuliqanlıq hərəkətlərinə görə həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə Beyləqan və ətraf rayonlarda bloger fəaliyyətilə məşğul olan, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vasif Fətiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, 1981-ci il təvəllüdlü V.Fətiyev şəxsi münasibətlər zəminində 53 yaşlı şəxsi döyərək xəsarət yetirib.
Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb.
V.Fətiyev həbs edilib.