"Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyevə və müavininə hökm oxundu
05 mart 2025 16:24 (UTC +04:00)

"Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyevə və müavininə hökm oxundu

"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin və müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

Hikmət Nəcəfli və Surxay Əliyev məhkəmədən onlara bəraət verilməsini xahiş ediblər.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlara 3 il müddətinə rəhbər və maddi məsul şəxs kimi vəzifə tutmaq səlahiyyəti qadağan edilib. Təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Xatırladaq ki, dövlət ittihamçısı Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1546

Oxşar yazılar