Bir aydan çoxdur itkin düşən qadın qonşunun evində  tapıldı
20 fevral 2024 14:24 (UTC +04:00)

Bir aydan çoxdur itkin düşən qadın qonşunun evində tapıldı

Rusiyanın Tümen vilayətində itkin düşən qadın qonşusunun evində tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə rayonun İşim rayonunda baş verib. Məlumata görə, yanvarın 13-də yerli sakin yoxa çıxıb. Onun axtarışına təhlükəsizlik qüvvələri və könüllülərdən ibarət qruplar cəlb edilib. Onu ancaq fevralın 19-da tapmaq mümkün olub.

Bildirilir ki, bütün bu müddət ərzində qadın onunla eyni küçədə yaşayan qonşusu ilə bir evdə qalıb.

İlkin məlumata görə, qadına qarşı heç bir qanunsuz hərəkətə yol verilməyib. 

Ehtimal olunur ki, o, mübahisə etdikdən sonra evi tərk edib. Münaqişənin təfərrüatları və qadının necə tapıldığı barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4851
avatar

Oxşar yazılar