Binəqədidə yataqxanada yanğın -VİDEO
23 fevral 2025 17:48 (UTC +04:00)

Binəqədidə yataqxanada yanğın -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan mənzilə artırmanın yanar konstruksiyaları və 1-ci mərtəbədə ümumi sahəsi 60kv.m. olan mənzilə artırmanın tavanı 20kv.m. sahədə yanıb.

Mənzillər və bina yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1529

Oxşar yazılar

Bakıda 20 yaşlı qız qəfil öldü

Bakıda 20 yaşlı qız qəfil öldü

7 iyun 2025 , 14:49
Cəlilabadda maşın kanala aşdı,  5 yaralı var

Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var

7 iyun 2025 , 13:14
Sumqayıtda maşın aşdı, 12 yaşlı uşaq öldü

Sumqayıtda maşın aşdı, 12 yaşlı uşaq öldü

7 iyun 2025 , 12:54
Ana və 3 yaşlı qızının meyitləri tapıldı

Ana və 3 yaşlı qızının meyitləri tapıldı

7 iyun 2025 , 12:45
Qurban bayramında 14 mindən çox  adam yaralandı

Qurban bayramında 14 mindən çox adam yaralandı

7 iyun 2025 , 10:22
Bakıda gənc oğlanın meyiti  meşəlik ərazidən tapıldı

Bakıda gənc oğlanın meyiti meşəlik ərazidən tapıldı

6 iyun 2025 , 19:38
9-cu mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı

9-cu mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı

6 iyun 2025 , 17:50
Qurbanlıq dana onu satan sahibini öldürdü - İNANILMAZ OLAY

Qurbanlıq dana onu satan sahibini öldürdü - İNANILMAZ OLAY

6 iyun 2025 , 15:55