Bilgəhdə dənizdə batan uşağın  meyiti tapıldı - -YENİLƏNİB
14 iyun 2024 18:03 (UTC +04:00)

Bilgəhdə dənizdə batan uşağın meyiti tapıldı - -YENİLƏNİB

İyunun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 kilometr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, batan uşağın meyitini Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu taparaq çıxarıb və aidiyyəti üzrə təhvil verib.

***

14:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə 1 nəfərin (uşaq) batması barədə ilkin məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3519
avatar

Oxşar yazılar