Bəxtiyar Hacıyev
09 mart 2022 21:00 (UTC +04:00)

Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev sərbəst buraxıldı - RƏSMİ - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırmaq istəyərkən saxlanılan Bəxtiyar Hacıyev sərbəst buraxılıb. 

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. 

B.Hacıyev isə mətbuata açıqlamasında polisdə işgəncəyə məruz qaldığını iddia edib. 

DİN-in mətbuat xidmətindən bunu təkzib ediblər. 

***

Saat 15:35

İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin binası qarşısında intihara cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edib. Buna görə də o, bu gün saat 14:30-da öz avtomobili ilə nazirliyin inzibati binasının önünə gəlib:

“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu deyiblər. Bəxtiyar Hacıyev isə maşındakı alışqan mayeni göstərərək özünü də, avtomobili də yandıracağını bildirib. Buna görə də polis əməkdaşları müdaxilə etməyə məcbur qalaraq, qapını açıb yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək bədbəxt hadisənin qarşısını alıblar.

Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”.

Bəxtiyar Hacıyev DİN qarşısında etiraz etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9426
avatar

Mehman Nəbiyev

Oxşar yazılar