Kanala düşən vətəndaş
21 sentyabr 2021 15:18 (UTC +04:00)

Kanala düşən vətəndaş

Beton kanala düşən gənc çarəsiz qaldı - VİDEO

Göyçay şəhəri, Vidadi küçəsində 1 nəfər beton kanala düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ilkin məlumata əsasən müəyyən olunub ki, 25 yaşlı Əliyev Ramazan Mürşüd oğlu içərisində su olmayan beton kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq vasitələrlə kanaldan çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Göyçayda kanaal düşən vətəndaş xilas edildi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Mehman Nəbiyev

Oxşar yazılar