Bərdə yaşlı qadının meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Uğurbəyli kəndində qeydə alınıb.
69 yaşlı Zeynalova Zərifə Hüseyn qızının meyiti səhər saat 5 radələrində yaşadığı evin həyətində aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.