Bərdədə evdə iynə vurulan azyaşlı ölüb.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Qızdırması olduğu üçün evdə 4 yaşlı Əli Bayramova naməlum iynələr vurulub. Uşaq vəziyyəti pisləşdiyi üçün rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Lakin burada görülən tədbirlərə baxmayaraq, azyaşlını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.