Bank kartını oğurlayıb pulları çıxardı
17 may 2023 11:52 (UTC +04:00)

Bank kartını oğurlayıb pulları çıxardı

Gəncədə avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Gəncə şəhəri ərazisində “Toyota” markalı bir avtomobildən bank kartının oğurlanması və hesabından 408 manatın çıxarılması barədə polisə məlumat daxil olub.

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə sakini Ə.Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1326
avatar

Oxşar yazılar