Balıq tutan kişini "tok"  vurub öldürdü - ASTARADA
18 noyabr 2024 16:32 (UTC +04:00)

Balıq tutan kişini "tok" vurub öldürdü - ASTARADA

Astara sakinini elektrik cərəyanı vurub.

Lent.az-ın xəbərinə görə, hadisə günorta saatlarında Astara rayonunun Kijəbə kəndi ərazisində baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Akif Maarif oğlu Ramazanov Lovain su anbarında balıq tutan zaman atdığı qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. O, hadisə yerində ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1935
avatar

Oxşar yazılar