Balakəndə qəzada yaralanan motosikletçi öldü
19 iyul 2024 13:18 (UTC +04:00)

Balakəndə qəzada yaralanan motosikletçi öldü

Balakəndə qəzada yaralanan motosikletçi ölüb.

Lent.az xəbər verir ki, hadisə iyulun 17-də axşam saatlarında rayonun Kortala kəndi ərazisində baş verib.

30 yaşlı Balakən rayon Kortala kənd sakini Fərman Cavanşir oğlu Əfəndiyev idarə etdiyi qoşqulu motosikleti aşırıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Əfəndiyev Balakən rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib.

Lakin görülən tədbirlərə baxmayaraq, F. Əfənədiyev bu gün səhər saatlarında ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Mehman Nəbiyev

Oxşar yazılar