“Baku Bus”ın avtobusu  qəzaya   uğradı - FOTO
29 sentyabr 2022 01:03 (UTC +04:00)

“Baku Bus”ın avtobusu qəzaya uğradı - FOTO

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində baş verib.

Belə ki, “Opel” markalı avtomobilinin sürücüsü sükana nəzarəti itirib.

Bundan sonra maşın “Baku Bus” MMC-yə məxsus avtobusa çırpılıb.

Qəza zamanı yalnız avtomobilin sürücüsü xəsarət alıb.

Qeyd edək ki, avtomobilin sürücüsü hipertoniyadan əziyyət çəkirmiş.

# 2877
avatar

Oxşar yazılar