Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı -FOTO
18 mart 2024 09:20 (UTC +04:00)

Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanıldı -FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, görülən tədbirlər nəticəsində Şəmkir rayon sakini, əvvəllər də soyğunçuluq və Rusiya Federasiyasında oğurluğa görə dəfələrlə məhkum olunmuş Şirxan Muxtarov saxlanılıb.

Ondan 7 kiloqram marixuana, 600 qram heroin, yarım kiloqram psixotrop maddə metamfetamin və 120 ədəd metadon həbi aşkar edilib. Araşdırmalar zamanı Şirxan Muxtarovun Şəki rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanılıb - FOTO Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanılıb - FOTO Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanılıb - FOTO Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanılıb - FOTO Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanılıb - FOTO

# 1941
avatar

Oxşar yazılar