Bakının mərkəzində binada YANĞIN:  insanlar təxliyə olundu - VİDEO  - YENİLƏNİB
24 sentyabr 2025 10:19 (UTC +04:00)

Bakının mərkəzində binada YANĞIN: insanlar təxliyə olundu - VİDEO - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

***
09:27

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 824

Oxşar yazılar