Ötən həftəsonu Bakının Sabunçu rayonunda 3 intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, sentyabrın 4-də Zabrat qəsəbə sakini 31 yaşlı Hacıyev Nicat Əkbər oğlu özünü yaşadığı evdə asıb.
Sentyabrın 5-də 25 yaşlı Bayramov Səlim Oktyabr oğlu Sabunçu qəsəbəsində yaşadığı evdə, 40 yaşlı Babacanov Rüfət Şamiloviç isə Nardaran qəsəbəsində yaşadığı evdə özlərini asaraq həyatlarına son qoyub.
İntihar hadisələrinin dəqiq səbəbləri məlum deyil.
Hər bir fakt üzrə araşdırma aparılır.