Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürdü
30 may 2024 01:18 (UTC +04:00)

Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürdü

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Zabrat yolunda qeydə alınıb. Belə ki, yolu keçən kişini minik avtomobili vurub. Piyada hadisə yerindəcə keçinib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Meyit müayinə üçün Sabunçu Rayon Pataloji Anatomiya Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Oxşar yazılar