Bakıda  üç maşın   TOQQUŞDU -  Dörd nəfər   yaralandı -YENİLƏNİB-1
04 aprel 2024 23:17 (UTC +04:00)

Bakıda üç maşın TOQQUŞDU - Dörd nəfər yaralandı -YENİLƏNİB-1

Bakının Nizami rayonunda sürücünün əks yola çıxması ağır qəzaya səbəb olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“Vaz 2107” markalı maşına çırpılan “Ford” markalı minik avtomobilinin sürücüsü sükana nəzarəti itirib.

"Ford" beton yol ayrıcını aşaraq “Mitsubishi” markalı maşına çırpılıb.

Qəza nəticəsində Abbasov Fazil Musa oğlu və 1982-ci il təvəllüdlü Vəliyev Emil Rizvan oğlu Sabunçu Tibb Mərkəzə yerləşdirilib. E.Vəliyevin vəziyyəti ağır kimi qiymətləndirilir. Şəxsiyyətləri hələlik məlum olmayan iki nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə nəticəsində prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən metronun "Koroğlu" stansiyası istiqamətində tıxac yaranıb.

***
22:56

Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan üç avtomobil qəzaya uğrayıb.

Qəza səbəbindən Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

***
22:56

Bakı şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan üç avtomobil qəzaya uğrayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Qəza səbəbindən Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

# 3021
avatar

Oxşar yazılar