Bakıda inşası başa çatmayan evlər qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Xəzər rayonu ərazisində 4 nəfərə məxsus inşası baş çatmamış evlərdən naqil, işıq plafonu və təmir-tikinti alətləri, habelə rayon ərazisindəki evlərdən birinin qarşısından naqil oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Muradov saxlanılıb.