Bakıda ŞOK:  oğrular 500 metrlik dəmiryolu relsini  sökdülər
09 dekabr 2023 11:00 (UTC +04:00)

Bakıda ŞOK: oğrular 500 metrlik dəmiryolu relsini sökdülər

Bakıda dəmiryolu stansiyasında oğurluğa cəhd edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 8-də saat 16 radələrində Qaradağ rayonu Qobustan dəmir yolu stansiyası ərazisində baş verib. 500 metr relsi sökərək oğurlamağa cəhd göstərən 4 nəfər Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların Kəlbəcər rayon sakini İ.Əliyev, İsmayıllı rayon sakini R.Kərimov, Ağstafa rayon sakinləri N.Hüseynov və A.Məmmədov olmaları müəyyən olunub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4278
avatar

Oxşar yazılar