Bakıda polisin zərərsizləşdirdiyi Eldənizin cinayət DOSYESİ  - YENİLƏNİB
11 sentyabr 2024 12:00 (UTC +04:00)

Bakıda polisin zərərsizləşdirdiyi Eldənizin cinayət DOSYESİ - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, sentyabrın 9-u saat 21 radələrində Binəqədi rayonu 7-ci mikrorayon ərazisində evə silahlı basqın zamanı polisin zərərsizləşdirdiyi Eldəniz Şükürov əvvəllər çoxsaylı cinayətlərə görə dəfələrlə məhkum olunub.

Lent.az xəbər verir ki, E.Şükürovun təqsirli bilindiyi cinayət hadisələrinin əsasən mülkiyyət əleyhinə qanunazidd əməllər olması diqqəti çəkir.

Əldə etdiyimiz məlumata görə, o, ilk dəfə 2003-cü ildə qabaqcadan əlbir olub bir qrup şəxslə törətdiyi soyğunçuluq cinayətlərinə görə azadlıqdan məhrum edilib. Həbsdən sonra cinayət əməllərini davam etdirən, əsasən külli miqdarda mülkiyyət cinayətlərinin təşkilatçısı və iştirakçısı olan Eldəniz Şükürov soyğunçuluq, quldurluq və oğurluq cinayətlərinə görə məhkəmə hökmləri ilə ayrı-ayrı vaxtlarda 20 ilə yaxın müddətdə azadlıqdan məhrum edilməklə, məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, Binəqədidə baş verən insidentdə polisə silahlı müqavimət göstərən E.Şükürov hadisə yerində zərərsizləşdirilib, əlavə olaraq cinayət işi üzrə digər şübhəli şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq sirri olduğundan təfərrüat açıqlanmır.

***

10 sentyabr, 2024-cü il, Saat: 18:22

Bakıda evə basqın edərkən polis tərəfindən zərərsizləşdirilən silahlının yeni görüntüləri yayılıb. 

Lent.az basqın anının görüntülərini təqdim edir: 

***

Saat 09:57

Bakıda baş verən silahlı qarşıdurma ilə bağlı bəzi detallar məlum olub.

Lent.az "Baku TV"yə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar.

Silahlı şəxs ev sahibinin başına silah dayayaraq 30 milyon dollar tələb edib.

Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal təhlükəsizlik əməkdaşları cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Şükürov zərərsizləşdirilib.

***

9 sentyabr, saat 23:24

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibindən polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısını polis əməkdaşları almaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib.

Hadisə yerindən cinayət aləti olan “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16305
avatar

Oxşar yazılar