Bakıda qızıl oğurlayan 53 yaşlı qadın saxlanıldı
28 oktyabr 2024 15:48 (UTC +04:00)

Bakıda qızıl oğurlayan 53 yaşlı qadın saxlanıldı

Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzində bir mağazadan oğurluq olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polisə müraciət edən zərərçəkmiş işlədiyi piştaxtadan 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 53 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar