Bakıda QƏZA:  "Gelandewagen” aşdı
20 may 2022 19:13 (UTC +04:00)

Bakıda QƏZA: "Gelandewagen” aşdı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Yusif Səfərov küçəsindən Neftçilər prospekti istiqamətindəki yolda qeydə alınıb.

Opel” markalı avtomobil “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes Gelandewagen” aşıb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, hadisə yerinə yol polisinin əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən götürülüb.

# 2304
avatar

Oxşar yazılar