Bakıda qadın həmcinsinin evindən 8 minlik qızıl  oğurladı
07 sentyabr 2024 12:55 (UTC +04:00)

Bakıda qadın həmcinsinin evindən 8 minlik qızıl oğurladı

Bakının Nizami rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polisə müraciət edən ev sahibəsi sentyabrın 5-də 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710
avatar

Oxşar yazılar