Ceyhun Ağayev
01 sentyabr 2021 13:45 (UTC +04:00)

Ceyhun Ağayev

Bakıda poliklinikanın qapısını sındıran qazi deyil - RƏSMİ -VİDEO

Ötən gün Bakıda 7 saylı şəhər polklinikasında baş verən insidentlə bağlı araşdırma başlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a bildirib ki, həmin şəxsin Birinci Qarabağ müharibəsində döyüşməsi ilə bağlı dedikləri yalandır:

“Həmin şəxs Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. 1994-cü ildə atəşkəs imzalananda onun 16 yaşı olub. Bu o deməkdir ki, həmin şəxs heç bir müharibənin qazisi deyil, yalan danışır.
Onun törətdiyi əməllə bağlı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən gün Bakının Xətai rayonunda 7 saylı şəhər polklinikasında peyvəndləmə növbəsini gözləyən vətədaşlardan biri qapının şüşəsini sındırıb. Özünü Qarabağ qazisi olaraq təqdim edən şəxsin bu əməli barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Özünü Qarabağ qazisi kimi təqdim edən şəxs polklinikanın şüşəsini sındırdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10698
avatar

Mehman Nəbiyev

Oxşar yazılar