Səmədov Emil Nazim oğlu
21 iyun 2022 12:11 (UTC +04:00)

Səmədov Emil Nazim oğlu

Bakıda parkı yandıran saxlanıldı - FOTO

Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, R.Behbudov küçəsində yerləşən “Dendroloji park”ın ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın nəticəsində 500kv.m. sahədə quru ot yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın söndürələrək alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ olaraq hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər keçirilib.

Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Səmədov Emil Nazim oğlu müəyyən edilib. E.Səmədov yanğını qəsdən törətdiyini etiraf edib.

Qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi üçün Səmədov Emil Nazim oğlunun barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2451
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  22 yaşlı oğlan hamamda özünü asdı

Bakıda DƏHŞƏT: 22 yaşlı oğlan hamamda özünü asdı

8 iyul 2024 , 19:57
Futbolçular dənizdə  boğuldu

Futbolçular dənizdə boğuldu

8 iyul 2024 , 19:41
Bakıda daha bir nəfər  dənizdə batdı

Bakıda daha bir nəfər dənizdə batdı

8 iyul 2024 , 18:52
Bakıda İNTİHAR:  78 yaşlı qadın bağ evində özünü öldürdü

Bakıda İNTİHAR: 78 yaşlı qadın bağ evində özünü öldürdü

8 iyul 2024 , 18:13
Bilgəhdə narkotik plantasiyası aşkarlandı

Bilgəhdə narkotik plantasiyası aşkarlandı

8 iyul 2024 , 17:47
"Turist tələsi"  - Səyahət zamanı bu yerlərə getməyin

"Turist tələsi" - Səyahət zamanı bu yerlərə getməyin

8 iyul 2024 , 17:21
Bakıda 85 yaşlı kişi HAMAMDA BELƏ ÖLDÜ

Bakıda 85 yaşlı kişi HAMAMDA BELƏ ÖLDÜ

8 iyul 2024 , 17:08
Azərbaycanın Baş prokuroru Vyanada

Azərbaycanın Baş prokuroru Vyanada

8 iyul 2024 , 16:00