Bakıda palçıq vulkanı  püskürdü
09 aprel 2025 13:21 (UTC +04:00)

Bakıda palçıq vulkanı püskürdü

Lökbatan palçıq vulkanında püskürmə qeydə alınıb.

Bu barədə Lent.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mərkəzin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi tərəfindən 09 aprel 2025-ci il tarixində, yerli vaxtla saat 04:04-də Lökbatan palçıq vulkanının növbəti püskürməsini qeydə alıb.

Qeyd edilib ki, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb. Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb.

Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1074

Oxşar yazılar