Bakıda nömrəsiz maşından meyit tapıldı: spirtdən ölüb
03 mart 2025 19:29 (UTC +04:00)

Bakıda nömrəsiz maşından meyit tapıldı: spirtdən ölüb

Bakıda avtomobildən meyit tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsində qeydə alınıb. 

Həmin ünvanda yerləşən avtomobil təmiri sexinin qarşısında dövlət qeydiyyat nişanları olmayan “Hyundai” markalı avtomobilin içərisində naməlum kişi meyiti aşkar edilib. 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü Faiz Vladimiroviç Bastrakov olması müəyyən edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. 

Mərhumun spirtdən zəhərlənərək öldüyü ehtimal edilir. O, həmçinin narkotik vasitə aludəçisi olub.

Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün meyit müayinəyə aparılıb və müvafiq ekspertizalar təyin edilib. 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam spirtdən zəhərlənərək ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2818

Oxşar yazılar

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

4 iyun 2025 , 23:41
Naxçıvanda  QƏZA:   yaralılar var

Naxçıvanda QƏZA: yaralılar var

4 iyun 2025 , 20:32
Bakıda evdən kişi meyiti  tapıldı

Bakıda evdən kişi meyiti tapıldı

4 iyun 2025 , 19:33
Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

4 iyun 2025 , 18:26
Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

4 iyun 2025 , 17:20
4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 iyun 2025 , 17:16
Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

4 iyun 2025 , 16:50
Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

4 iyun 2025 , 16:43