Bakıda kişini elektrik cərəyanı vurub.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.
Burada işləyən Emin Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.