Bakının Xətai rayonunda yol qəzası zamanı gənc oğlan sınıq xəsarətləri alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə "Ağ Şəhər" ərazisində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Məmmədov Nihad Odtəkin oğlu motosikletə nəzarəti itirirək onu aşırıb.
Nəticədə o bədənin müxtəlif nahiyyələrindən sınıq xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.