Bakıda meyiti tapılan kişi  evi qəsdən   yandırıb  - Arvadı ilə mübahisə edib -  YENİLƏNİB
29 fevral 2024 23:55 (UTC +04:00)

Bakıda meyiti tapılan kişi evi qəsdən yandırıb - Arvadı ilə mübahisə edib - YENİLƏNİB

Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatları məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə qəsdən törədilib.

Yaxınlarının bildirdiyinə görə, 63 yaşlı Əkbərov Eyvaz Həsən oğlu yaşadığı evi yandırıb.

Səbəb  onun həyat yoldaşı ilə mübahisə etməsi olub.

Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.

***

Saat 15:42

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6288
avatar

Oxşar yazılar