Bakıda maşın aşdı, 3 nəfər... -  FOTO  - YENİLƏNİB
29 mart 2021 19:12 (UTC +04:00)

Bakıda maşın aşdı, 3 nəfər... - FOTO - YENİLƏNİB

Heydər Əliyev prospektində baş verən avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər xəstəxanasına çatdırılıblar.

***

18:28

Heydər Əliyev prospektində baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti “Koroğlu” m/st-sı istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, bu səbəbdən də hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcədə Xətai prospektindən və Yusif Səfər küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.

***

18:09

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində Bağırov körpüsü adlanan hissədə qeydə alınıb. Prospektdə hərəkətdə olan minik avtomobili aşıb.

Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4731
avatar

Mehman Nəbiyev

Oxşar yazılar