Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsində qeydə alınıb. 52 yaşlı Saxaven Şəfa oğlu Zeynalov özünü qəsəbədəki ağacların birindən asaraq həyatına son qoyub.
Onun hansı səbəblə özünə öldürməsi hələlik istintaqa məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.