Bakının Binəqədi rayonu ərazisində yerləşən boya sexindən oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polisə müraciət edən sexin sahibi son bir ay ərzində oradan 6000 manat dəyərində boyanın oğurlandığını bildirib.
Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, orada işləyən 33 yaşlı T.Əmirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.