Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Lent.az-ın məlumatına görə, saxlanılan şəxslər ana və oğul olublar.