Bakıda 80 minlik  DƏLƏDUZLUQ
08 fevral 2025 14:41 (UTC +04:00)

Bakıda 80 minlik DƏLƏDUZLUQ

Bakının Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, araşdırmalarla həmin şəxsə ev satılması adı ilə 80000 manatının aldadılaraq ələ keçirilməsi məlum olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Ş.Balakişiyev və 42 yaşlı R.Səfərəliyev müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar