Yol polisindən qarlı hava ilə bağlı MÜRACİƏT: bu maşınları sürməyin
08 fevral 2025 12:21 (UTC +04:00)

Yol polisindən qarlı hava ilə bağlı MÜRACİƏT: bu maşınları sürməyin

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə davam edən qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Lent.az xəbər verir ki, müraciətdə deyilir:

"Xəbərdarlıq edildiyi kimi hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür.

Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur.

Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840

Oxşar yazılar