Bakıda işə düzəltmək adı ilə  dələduzluq edən   Hicran Şeyxov tutuldu
14 mart 2024 18:59 (UTC +04:00)

Bakıda işə düzəltmək adı ilə dələduzluq edən Hicran Şeyxov tutuldu

Vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görəi, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 61 yaşlı Hicran Şeyxov tutulub.

Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib.

H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

# 2394
avatar

Oxşar yazılar