Bakıda iki nəfərin qatarın altında qalaraq ölüblər.
Bu barədə Lent.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Qeyd olunub ki, dünən saat 22:15-də ADY-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər qəfil qatarın qarşısına çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüf hissi ilə bildirilir ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Qeyd edək ki, ölənlər 29 yaşlı Elməddin Fərzəliyev və 17 yaşlı Səbuhi Zərbəliyevdir.