Bakıda hündürmərtəbəli binada YANĞIN BAŞ VERDİ-FOTO -VİDEO -YENİLƏNİB-1
09 iyul 2024 08:29 (UTC +04:00)

Bakıda hündürmərtəbəli binada YANĞIN BAŞ VERDİ-FOTO-VİDEO-YENİLƏNİB-1

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onsəkkizmərtəbəli yaşayış binasının şaxtası boyunca 57p.m elektrik kabeli, 18 ədəd elektrik sayğacı, 18 ədəd elektrik açarı və mərtəbələrdə şaxtaların plastikdən ibarət qapıları yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 24-ü uşaq olmaqla 60 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

***
02:27

Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində yerləşən binanın 15-ci mərtəbəsində qeydə alınıb.

***
01:33

Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində yerləşən binanın 9-cu mərtəbəsində qeydə alınıb.

Əraziyə beş yanğınsöndürən texnika və şəxsi heyət cəlb edilib.

Xilasedicilər binada köməksiz vəziyyətdə qalan sakinlərin təxliyəsini həyata keçirirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5402

Oxşar yazılar

Bir günə 11 nəfər  itkin düşdü

Bir günə 11 nəfər itkin düşdü

24 iyul 2025 , 10:28
Xanhüseyn Kazımlı vəfat etdi

Xanhüseyn Kazımlı vəfat etdi

24 iyul 2025 , 09:43
Qusarda narkotik çəkən sürücü həbs olundu

Qusarda narkotik çəkən sürücü həbs olundu

24 iyul 2025 , 09:33
Şəkidə FACİƏ:  3 aylıq körpə boğulub öldü

Şəkidə FACİƏ: 3 aylıq körpə boğulub öldü

24 iyul 2025 , 09:31
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

24 iyul 2025 , 09:24
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

24 iyul 2025 , 08:18
Yevlaxda DƏHŞƏT:  Torpaq üstündə həmkəndlisini öldürdü

Yevlaxda DƏHŞƏT: Torpaq üstündə həmkəndlisini öldürdü

24 iyul 2025 , 07:56
Şəmkirdə 15 yaşlı qız bədbəxt hadisə  nəticəsində öldü

Şəmkirdə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində öldü

24 iyul 2025 , 00:15