Bakıda FHN əməkdaşının xilasetmə anı
20 may 2021 17:51 (UTC +04:00)

Bakıda FHN əməkdaşının xilasetmə anı

Bakıda faciənin qarşısı belə alındı - FOTO

Bakının Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən beşmərtəbəli binanın fasadında beton parçalarının asılı vəziyyətdə qalması Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumat daxil olandan dərhal sonra hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli binanın 5-ci mərtəbəsində fasad hissədə beton parçaları qoparaq asılı vəziyyətdə qalmaqla, ətrafdakı insanlar üçün təhlükə törədir.

Xilasedicilər hadisə yerini təhlükəsizlik lenti ilə çəpərləyib və düşmə təhlükəsi olan beton parçalarını müvafiq qaydada götürüb kənarlaşdıraraq sakinlərin təhlükəsizliyini təmin ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Mehman Nəbiyev

Oxşar yazılar