Bakıda fəhlə faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, bədbəxt hadisə Qaradağ rayonu E.Quliyev küçəsində yerləşən yarımtikilidə baş verib.
Burada fəhlə işləyən 35 yaşlı Bəhruz Əbülfət oğlu Babayevin üzərinə beton düşüb. Nəticədə fəhlə betonun altında qalaraq, can verib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.
***
23 dekabr, saat: 21:55
Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yarımtikilidə uçqun baş verib.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə birmərtəbəli istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış vətəndaş - 35 yaşlı Babayev Bəhruz Əbülfət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar araşdırma aparır.