Bakıda FACİƏ:  ana əməliyyatdan sonra öldü - YENİLƏNİB
29 iyul 2023 16:21 (UTC +04:00)

Bakıda FACİƏ: ana əməliyyatdan sonra öldü - YENİLƏNİB

TƏBİB Bakıda qeysəriyyə əməliyyatından sonra ölən ana barədə məlumat yayıb. 

TƏBİB-dən Lent.az-a bildirilib ki, Günay Ramiz qızı Qasımova 27.07.2023-cü il tarixində saat 12:06-da “Bağırsaq keçməzliyi” diaqnozu ilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinə daxil olub:

“Xəstənin vəziyyəti ağır olduğundan dərhal Reanimasiya şöbəsinə köçürülüb. Xəstə 28.07.2023-cü il tarixində saat 14:50-də əməliyyata alınıb. Aparılan tibbi  müdaxilələrə baxmayaraq, 29.07.2023-cü il tarixində saat 10:00-da xəstə Günay Qasımovanın bioloji ölümü baş verib. Qeyd edək ki, Günay Ramiz qızı Qasımova 05.06.2023-cü il tarixində Xəstəxanamızın Hamiləliyin Patologiya şöbəsində qeysəriyyə əməliyyatı olunub və artıq zahılıq dövrünü bitirib”.

***

saat 12:21

Bakıda qadın qeysəriyyə əməliyyatından sonra ölüb. 

Lent.az-ın məlumatına görə, hadisə Respublika Klinik Xəstəxanasında qeydə alınıb. 

Bir ay əvvəl xəstəxanaya doğuşla bağlı müraciət edən, 35 yaşlı Günay Qasımovanın üzərində qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyatdan sonra evə buraxılan ananın bir ay sonra vəziyyəti pisləşib. Yenidən əməliyyat olunduğu xəstəxanaya yerləşdirilən ananın həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5489

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29