Bakıda evdən qadın meyiti tapıldı
12 avqust 2021 12:11 (UTC +04:00)

Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 74 yaşlı Naab Nina Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542
avatar

Mehman Nəbiyev

Oxşar yazılar