Bakıda ev yandı,  1 nəfər...
22 mart 2023 21:52 (UTC +04:00)

Bakıda ev yandı, 1 nəfər...

Bakıda yanğın olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb, yüksək temperaturdan tavan 20 m² sahədə qismən qarsalanıb.

"Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.

# 1584
avatar

Oxşar yazılar